Cəbhə bölgəsində yerləşən Tərtər rayonundakı pambıqçılıar artıq tarlalardan məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərli pambıqçılar bu ili də yüksək məhsul götürəcəklərinə əmindirlər.
Bu il rayon ərazisində 3300 hektarda pambıq becərilib. Dövlətin Fermerlərə göstərdiyi dəstək nəticəsində tarlalarda bol məhsul yetişib. Sahələrə çıxarılan texnikalar sayəsində əl əməyi xeyli azalb. Bu səbəbdən də artıq xeyli məhsul toplanıb.
Mütəxəssislər hesab edirlərki havaların sabit keçməsi də fermerlərin işini xeyli yüngülləşdirib. Bu səbəbdəndir ki, Tərtərlə yanaşı ölkə ərazisində ötən illə müqaisədə göstricilər daha yüksəkdir.
Bu mövsüm Tərtərdə becərilən xarici pambıq sortları da öz məhsulunu verib. Hazırda yerli mütəxəssislər Türkiyə, Amerika Yunanıstanın və Azərbaycanlı pambıqçı alimlərinin yetişdirdiyi 12 sort pambıq sortu yetişdirilən sahələrdəndə məhsul yığıma başlanıb. Toplanan ağ qızıl Xarici pambıqşı mütəxəssilərin yetişdirdiyi pambıq sortlarının yerli pambıq sortları ilə hibritləşməsi nəticəsində əldə edilib. Yığımda yerli və xarici mütəxəssislərdə iştirak edib.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisində ki 6 hektar sahədə yetişdirilən pambıq sortlarında 100 % uğur əldə olunmasa da ilkin nəticələr var.
Layihənin başlanmsına 2019-cu ilin mayında start verilib. Layihənin icraçıları Yunanıstan “BİOS AGROSYSTEMS” şirkəti Bitki Mühavizə və Texniki Bitkilər ET İnstitutu Tərtər Regional Aqrar Elmvə İnnovasiya Mərkəzidir. Sınağa daxil edilən, Yunan mənşəli 2 pambıq sortu ( Christina, Prime 1004), Amerika mənşəli 2 pambıq sortu ( PRG 9811, PRG 9048), Türkiyə mənşəli 4 pammbıq sortu ( BA 440, Flaşh, Lima, Carişma) və 4 yerli pambıq sortu ( Gəncə 110, Gəncə 114, Gəncə 160, Gəncə 182) pambıq sortlarıdır.
Emin Babayev SPACE TV