BVF 2021-ci il üzrə Azərbaycan üçün proqnozlarını açıqlayıb

  • SpaceTV
  • 20 Oktyabr 2020 10:39

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə real ümumi daxili məhsulun həcmi 2 faiz artacaq. 

Spacetv.az xəbər verir ki, istehlak qiymətləri indeksinin isə 2020-ci ilin sonunda 3 faiz, 2021-ci ildə isə 3,1 faiz olacağı gözlənilir.

Hesabata əsasən, 2020-ci il üzrə işsizlik səviyyəsinin ölkədə 6,5 faiz olacağı, 2021-ci ildə isə 5,8 faizə enəcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, Fondun 2025-ci il üzrə Azərbaycanda ümumi daxili məhsulun həcmi üçün müəyyən etdiyi proqnoz 1,7 faizi təşkil edib.

Paylaş

 Xəbəriniz olsun