“Buz krallığı”na çevrilmiş kabus şəhər – FOTO

  • Space TV
  • 4 Mart 2021 10:32

Vorkuta şəhərindən 18 km şimal-şərqdə yerləşən Sementzavod qəsəbəsi qışda Qar Kraliçasının krallığına bənzəyir.

Burada temperatur -40, hətta bəzən -50 dərəcəyə düşəndə ​​tərk edilmiş binalar donla örtülmüş buz saraylarına çevrilir.

“Reuters”in məlumatına görə, qəsəbə ilə bağlı görüntülər artıq dünya mediasında geniş yayılıb.

Qeyd edək ki, Komi Respublikasında olan Sementzavod qəsəbəsi 1950-ci illərdə Vorkutin sement zavodunun işçiləri üçün salınıb. Qütb dairəsinin bu kiçik sivilizasiya adasında 4 minə qədər insanın yaşaması planlaşdırılmışdı.

1979-cu ildə firavan Sementzavodun əhalisi artıq 5,2 min idi. İşçilər və ailələri üçün yollar, mağazalar, uşaq bağçaları, məktəblər və hətta idman sarayı tikilmişdi.

1990-cı illərdə Rusiyada bir çox işçi qəsəbəsi böhran yaşadı. Sementzavod da istisna olmadı. 2000-ci illərin əvvəllərində zavod iflas etdi və əhali daha sürətlə buranı tərk etməyə başladı.

2021-ci il üçün Vorkutanın mikrorayonuna çevrilmiş qəsəbəsində təxminən 80 ailə qeydə alınıb. Bir neçə ildir ki, onları köçürməyə çalışırlar. Sementzavodun tamamilə ləğv olunmamasının səbəbi isə burada hərbi hissənin yerləşməsidir.

Paylaş

 Xəbəriniz olsun