Buz bağlamış gölə düşən gənci telefonun bu özəlliyi xilas etdi

  • SpaceTV
  • 12 Dekabr 2019 14:52

Maraql hadisə ABŞ-da yaşanıb. Sükan arxasında olan 18 yaşlı gənc qəfil sükana nəzarəti itirib və buz bağlamış gölə düşüb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, özünə gəldiyi zaman hər tərəfin bağlı olduğunu görən Qail Salsedo buzun altına düşdüyünü anlayıb. Çarəsiz halda qalan Salsedonun ağlına birdən “Apple”in “Siri” özəlliyi gəlib və o “Siri, 911-ə zəng vur” deyə bağırıb. Bundan sonra hadisə yerinə gəlib gənci buzun altından xilas ediblər.

Gənc bir neçə saat xəstəxanada qaldıqdan sonra evə buraxılıb.

Paylaş

 Xəbəriniz olsun