Bütün Qafqazın Şeyxi Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib

  • SpaceTV
  • 29 Avqust 2019 17:22

Şeyxülislam Hacı Allahşükür Paşazadə ümrə ziyarətində müqəddəs Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib.

Kral Əbdüləziz adına istehsal sexinə baş çəkən zaman şeyx Allahşükür Paşazadəni yerli rəsmilərdən kral sarayının müşaviri, Səudiyyə Ərəbistanın “Böyük Alimlər Şurası”nın üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edib.

Kəbə evinin örtüyünün hazırlandığı sexin rəhbərliyi QMİ sədri şeyx Allahşükür Paşazadəni qarşılayan zaman, istehsal müəssisəinin işi, Kəbə evi pərdəsinin hazırlanması, onun tərkib hissələri, müəssisədə yerləşdirilən yeni toxuculuq texnologiyaları barədə məlumatlandırıb.

Ziyarət zamanı QMİ sədrinə Kəbə evinin örtüyünün bir parçası hədiyyə edilib.

Paylaş

 Xəbəriniz olsun