Bütün ölkə “qırmızı bölgə” elan edildi

  • Space TV
  • 10 Mart 2020 10:23

İtaliyada koronavirus səbəbindən həyatını itirənlərin sayı bu gün daha 97 nəfər artaraq 463-ə yüksəlib.

SPACE TV xəbər verir ki, İtaliya Baş naziri Cuzeppe Konte virusa qarşı aldıqları bütün tədbirlərin bütün ölkə ərazisində tətbiq edəcəklərini deyib və bütün ölkəni qırmızı bölgə elan edib:

“Rəqəmlər bizə ölən və yoluxan şəxslərin sayının təəsüf ki, sürətlə artdı\ını göstərir. Artıq zaman qalmayıb. Artəq tək bir qırmızı bölgə yoxdur, tək bir İtaliya, qorunmalı İtaliya var. Bütün ölkəni qırmızı bölgə elan edirik”.

Konte bütün ölkədə məktəblərin və universitetlərin 3 iyuna qədər bağlandığını qeyd edib.

Paylaş

 Xəbəriniz olsun