Bütün deputatların veb-səhifələri yaradılacaq

  • SpaceTV
  • 16 Mart 2020 12:13

Milli Məclisin saytı yenilənəcək.

SPACE TV-in məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib.

O deyib ki, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Bəxtiyar Əliyev onu da əlavə edib ki, hər bir deputatın veb-səhifəsi yaradılacaq. 

“Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq”, – deyə komitə sədri əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun