“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb

  • Space TV
  • 6 Yanvar 2020 12:06

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

“Buta Airways”dan SPACE TV verilən məlumata görə, yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun