Buraxılmış dərs günlərinin şənbə günləri ilə əvəz ediləcəyi xəbərlərinə RƏSMİ CAVAB

  • Space TV
  • 11 Mart 2020 10:25

Təhsil Nazirliyi buraxılan dərs günləri ilə bağlı yayılan cədvələ münasibət bildirib.

SPACE TV xəbər verir ki, nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov yayılan məlumatların doğru olmadığını bildirib:

“Son saatlarda yayılan cədvəllər sadəcə özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın”.

Qeyd edək ki, yayılan cədvəldə göstərilir ki, buraxılan dərs günləri şənbə günləri ilə əvəz ediləcək:

Paylaş

 Xəbəriniz olsun