Bundestaqa edilən kiberhücuma görə Rusiyaya sanksiya tətbiq edildi

  • SpaceTV
  • 23 Oktyabr 2020 10:29

Avropa Birliyi və Böyük Britaniya 2015-ci ildə Almaniya Bundestaqına haker hücumunda iştirak etdiyi hesab olunan 85-ci Əsas Xüsusi Xidmət Mərkəzinə, eləcə də Rusiya vətəndaşları – Dmitri Badin və İqor Kostyukova qarşı sanksiya tətbiq edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

Qərara əsasən, sanksiyalar dərhal qüvvəyə minir.

Sənəddə Xüsusi Xidmət Mərkəzi tərəfindən həyata keçirilən kiberhücumların “İttifaq və ya üzv dövlətlər üçün əhəmiyyətli xarici təhlükə” yaratdığı bildirilir. AB-nin sanksiyalarına qoşulmaqla Böyük Britaniya da Baş Kəşfiyyat İdarəsinin iki zabitinin ölkəyə girişinə qadağa qoyub və onların aktivlərini dondurub.

Paylaş

 Xəbəriniz olsun