Bulvarda məktəbli qız dənizə düşüb

  • Space TV
  • 26 Noyabr 2019 12:46

Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

SPACE TV-in məlumatına görə, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Paylaş

 Xəbəriniz olsun