Büdcədən maliyyələşən qurumlar

  • SpaceTV
  • 21 Avqust 2019 12:29

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli qərara dəyişiklik edib. müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.  

Qeyd edək ki,  Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Prezident  İlham Əliyevin  bu ilin yanvarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən yaradılıb.

Paylaş

 Xəbəriniz olsun