Bu yollarda rənglənmə işləri aparılacaq

  • SpaceTV
  • 8 Avqust 2019 21:33

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində avqustun 8-də saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə SPACE.TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun