Bu xətt üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq

  • SpaceTV
  • 26 Oktyabr 2019 12:15

Sabah Bakı-Bakıxanov xətti üzrə qatarların hərəkəti dayandırılacaq.

Bu barədə SPACE TV-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.

Buna səbəb Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılmasıdır.

Oktyabrın 28-dən isə Bakı-Bakıxanov marşrutu üzrə elektrik qatarlarının hərəkəti ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

Paylaş

 Xəbəriniz olsun