Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür

  • SpaceTV
  • 17 Yanvar 2020 11:01

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

SPACE TV xəbər verir ki, bu barədə “baku.ws”-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər

2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn günü iş günü hesab edilmir.

Paylaş

 Xəbəriniz olsun