Bu tələbələr kirayə ödəməyəcək

  • SpaceTV
  • 5 May 2020 16:23

Koronavirus. Son 4 ayın ən çox işlənən sözü. Getdiyi ölkələrə özü ilə birlikdə qorxu, ölüm, göz yaşı da apardı bu nəsnə. Çindən yayılmağa başlayan bu bəla getdikcə bütün dünyanı ələ aldı. Vaxt gəldi çağırılmayan  qonaq bizim də qapımızı döydü. Lakin bizim digər bir çox ölkələrdən fərqimiz, bu istənməyən qonağın gəlişinə hazır olmağımız oldu. Dövlət tərəfindən atılan addımlarla yanaşı ,  bu ölümcül virusla mübarizədə xalqımızın da səfərbər olması bizi nələrdən qorudu?  ( 2 aniyə fasilə) düşünmək belə çətindir. Virusa yoluxacağı halda ölüm təhlükəsi daha çox olan yaşlı insanlarla , gələcəyimizin yetişdiyi təhsil müəssisələri ilə bağlı verilən qərarlar da aparılan mübarizənin bariz göstəricisidir. Təhsil demişkən, dərslərin bağlanmağı şagird və tələbələrin təhsildən geri qalması ilə nəticələnmədi.Dərslər davam etdi. ancaq  bu dəfə şagird və tələbələr təhsil müəssisələrinə yox,  məktəb  universitetlər evlərə gəldi.  məktəblilər üçün  teledərslər, tələbələr üçün isə online dərslər təşkil edildi. Ağılın çırağı olan elmin, təhsilin büdrəməməsi məqsədi ilə görülən işlərlə yanaşı göstərilən sosial dəstəklərdən tələbələrimiz də yararlandı.

Bununla bağlı universitetin rektoru Kamal Abdulla qərar verib. Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb. Qeyd edilir ki belə addımlar  Azərbaycan Dillər Universitetində mütəmadi olaraq atılır, və universitet tələbələrinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır.

Bildirilir ki bu qərar həmin yataqxanada qalan tələbələr və onların valideynləri tərəfindən müsbət dəyərləndirilib

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun