Bu smartfon çılpaq selfi çəkməyə icazə vermir

  • SpaceTV
  • 21 Fevral 2020 16:44

Yaponiyanın “Tone Mobile” şirkəti yeniyetmələr üçün yeni model smartfon istehsal edib.

SPACE TV  “Sora News”a istinadən xəbər verir ki, “e20” smartfonunda quraşdırılmış süni intellekt avtomatik olaraq çılpaq şəkli tanıyır və onu telefonda saxlamağa imkan vermir.

Yeniyetmə intim şəkli çəkər-çəkməz sistem nəinki “Stop” bildirişi verəcək, həm də istifadəçinin valideyninə ismarış göndərəcək. Valideyn şəklin həm harada çəkildiyini, həm də şəkildə olan şəxsin üzünün təsvirini görəcək.

“Tone Mobile”ın nümayəndələri şəkilləri öz serverlərində saxlamayacağına söz veriblər.

Paylaş

 Xəbəriniz olsun