Bu şəhərdə tez-tez külək əsməsədə, amma təbiət hadisəsi zamanı fəsadlarda qaçılmaz olur.

  • SpaceTV
  • 27 May 2020 15:44

Qovaq, şam, çinar və digər irigövdəli ağaclar küləyə tab gətirə bilmir. Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi Mingəçevirdə nəhəng ağacları kökündən qoparıb. Uzunluğu və iri budaqları ilə diqqət çəkən ağaclar şəhərdə fəaliyyət göstərən 12 nömrəli orta məktəbin stadionuna aşıb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, amma nəzərə alsaq ki, ağac aşan ərazinin 1-2 metrliyində uşaqların idman hərəkətləri etdiyi qurğular var, onda düşünməyə dəyər. Elə ərazidə yaşayan sakinlərdə məktəbin yaxınlığında 10-a yaxın təhlükəli qovaq və digər ağacların olduğunu bildirdilər.

Mingəçevirdə küləyə tab gətirməyib aşan və aşmağa hazırlaşan ağaclar çoxdu. Amma çəkliş zamanı diqqətimizi çəkən irigövdəli ağaclardan bəzilərinin kökünün, gövdəsinin yandırıldığının şahidi olduq. Sakinlər bunun kimlər tərəfindən edildiyini bilməslərdə, amma həmin təbiət canlılarının aşan zaman məktəb binasına ciddi ziyan vura biləcəyini dedilər.

Bir sözlə təhlükəli ağaclar hələ də sakinlərin göz önündədi. Adiyyatı qurumlar isə gözləmə mövqeyində. Yəqinki hər hansı bədbəxt hadisə baş vermədən təhlükəni sovuşdurmaq mümkün olacaq.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun