Bu qoruqlar pulsuzdur

  • SpaceTV
  • 30 May 2020 12:04

Bu məkanlara”Atəşgah məbədi”,  Dövlət Tarix-Memarlıq Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi də daxildir.

Qoruqların fəaliyyəti sosial izolyasiya tədbirlərinə uyğun olaraq həyata keçirilir. Ziyarətçilər sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə qoruqları ziyarət edə bilərlər.

Həmçinin  müəssisələrin fəaliyyəti sanitar-epidemioloji qaydalar, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdirilir.Yanardağ təbiət qoruğunun pulsuz olmağından yararlanan yerli turistlərimiz çox məmnun olduqlarını dedilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı rəhbər tutularaq mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixindən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi barədə qərarına uyğun olaraq qoruqlara ziyarətçilərin girişinə məhdudiyyət qoyulmuşdu.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun