“Bu qərarın bizim üçün önəmi yoxdur”

  • SpaceTV
  • 2 Noyabr 2019 14:33

Azərbaycanın Qoşulmama hərəkatına üç il sədrlik etməsi çox önəmli bir hadisədir. Azərbaycan bu tədbirə layiqincə ev sahibliyi etdi.Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “hər gün”-ə müsahibəsində bildirdi. Bəs bu üç il ərində Dağlıq Qarabağ probleminin həllində hər hansı bir irəliləyiş ola bilərmi? O qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyi üç il Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Türkiyəli səfir həmçinin  ABŞ-ın Nümayəndələr Palatasının 1915-ci il hadisələrini erməni “soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul etməsinə də münasibət bildirdi. O qeyd etdi ki, ABŞ-ın Nümayəndələr Palatası  əsası olmayan bir qərar verib.

Özoral qeyd etdi ki, bu, sadəcə daxili siyasətçilərlə birgə alınan bir qərardır. Bu qərarın bizim üçün heç bir önəmi yoxdur. Qeyd edək ki, oktyabrın 29-da  ABŞ Nümayəndələr Palatasında  1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərin “erməni soyqırımı” kimi tanınması ilə bağlı qərar qəbul edilib.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun