Bu peşə sahiblərinin əməkhaqqı artırılıb

  • Space TV
  • 17 Dekabr 2019 11:50

“Bu gün dəmir yolunda orta sürət 55 km/saat üzərindədir. Yeni qatarlar alınıb və artıq onların sayı 9-a çatıb”.

SPACE TV-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov YAP-da keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Bakıdan Lənkərana qədər olan hissədə torpaq alınması prosesi artıq başa çatıb: “Bundan əlavə, İmişli və Balakən yollarında yenilənmə işləri aparılacaq”.

C. Qurbanovun sözlərin görə, işçilərin əmək haqqında 2015-ci ildən 95% artım var: “2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, hər bir sahədə islahatlar aparılır”.

Paylaş

 Xəbəriniz olsun