Bu ölkədən Türkiyəyə təyyarə reysləri dayandırılır

  • Space TV
  • 3 Fevral 2020 17:34

Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransı keçirib.

SPACE TV  xəbər verir ki, nazir Uzaq Şərqdən gələn təyyarələrdə termal kameranın tətbiq ediləcəyini söyləyib.

“Hazırda ölkəmizdə koronavirus hadisəsi qeydə alınmayıb. Fevralın 5-dən sonra Çindən Türkiyəyə təyyarə reysləri dayandırılacaq. Bu qərar fevralın sonuna qədər qüvvədə olacaq”, – Fahrettin Koca söyləyib.

“Bundan əlavə, 61 nəfərdən alınmış nümunələrin nəticələri də məlumdur. Onların heç birində koronavirus aşkar edilməyib”, – nazir əlavə edib.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 521-i ötüb.

Paylaş

 Xəbəriniz olsun