Bu ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı

  • Space TV
  • 14 Mart 2020 11:51

Latın Amerikası ölkəsi Ekvadorda yeni növ koronavirus səbəbindən 70 yaşlı bir qadın həyatını itirib.

SPACE TV xəbər verir ki, bu barədə Ekvador Səhiyyə naziri Katalina Andramuno məlumat verib. Qadının bir neçə həftə əvvəl İspaniyadan Ekvadora qayıtdığı qeyd edilib. Bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsi olub.

Ümumilikdə Ekvadorda koronavirusa 23 nəfər yoluxub.

Paylaş

 Xəbəriniz olsun