Bu ölkədə koronavirus səbəbindən Azərbaycana viza verilməsi dayandırıldı

  • SpaceTV
  • 28 Fevral 2020 14:29

Səudiyyə Ərəbistan Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizasının verilməsini müvəqqəti olaraq dayandırıb.

SPACE TV xəbər verir ki, məlumatda bildirilir ki, vizanın verilməsinin dayandırılmasına səbəb koronavirusunun yayılması təhlükəsidir.

Siyahıda Azərbaycandan başqa, Qazaxıstan, Özbəkistan, İtaliya, Yaponiya, Çin, İran, Koreya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Somali, Vyetnam, Livan, Suriya, Yəmən ölkələri də yer alıb. Bəyanatda bu ölkələr koronavirusun yoluxma təhlükəsinin daha çox olduğu ərazilər kimi qeyd edilib.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistan Məkkədə Ümrə ziyarətini dayandırıb. Həcc ziyarətinin də dayandırıla biləcəyi istisna edilmir.

Paylaş

 Xəbəriniz olsun