Bu ölkədə koronavirus kəskin sürətlə artır, evsiz insanlar çarəsiz qalıb

  • SpaceTV
  • 13 May 2020 13:02

Cənubi Amerika ölkəsi Braziliyada son günlərdə koronavirus sürətlə artır. Əsasən evsizlər arasında yayılan virus hökümətə prosblem yaradır.

SPACE TV  xəbər verir ki, Braziliyanın ən yüksək evsizlik faizinə sahib San-Paulu şəhərində 22 evsiz koronavirus səbəbindən həyatını itirib. Ölkədəki qurumlar evsiz insanların virus qaynağı ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Küçələrdə və düşərgələrdə yüzlərlə şübhəli yoluxmaların mövcud olduğu bildirilib.

Qeyd edək ki, ölkədə son 24 saatda 808 nəfər koronavirus səbəbindən həyatını itirib. Artıq Braziliya yoluxma sayında Almaniyanı geridə buraxaraq dünyada 7-ci olub.

Paylaş

 Xəbəriniz olsun