Bu ölkədə karantin qaydalarına əməl etməyənlər ÖLDÜRÜLDÜ

  • SpaceTV
  • 3 İyun 2020 14:16

Keniyada da koronavirus təhlükəsi səbəbindən xüsusi karantin qaydaları tətbiq edilir.

SPACE TV xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydaya əməl etməyən 15 nəfər isə polis tərəfindən öldürülüb. Eyni zamanda 31 vətəndaşa da bu səbəbdən işgəncə edildiyi bildirilib

Sözü gedən ölkədə mart ayından etibarən polis barəsində 81 nəfər şikayət edilib. Qeyd edək ki, Keniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 19:00-05:00 saatları arasında evdən çıxmaq qadağan edilib.

Ümumilikdə isə ölkədə 2 093 nəfər “Covid-19″a yoluxub, 71 nəfər isə bu səbəbdən dünyasını dəyişib.

Paylaş

 Xəbəriniz olsun