Bu maska koronavirusdan 90 faiz qoruyur

  • SpaceTV
  • 22 Fevral 2020 17:44

Çində ötən ilin dekabrından peyda olan və sürətlə yayılan ölümcül koronavirus (2019-nCoV) səbəbindən dünyada tibbi maskaların çatışmazlığı yaranıb. Artıq “Amazon” və “Alibaba” onlayn platformalarında maska satan bir çox mağazalarda mallarının tükəndiyi deyilir.

Virusdan müdafiə olunmaq üçün xəstələrlə təmasda olan tibb işçiləri müxtəlif daha keyfiyyətli respiratorlardan istifadə edirlər.

SPACE TV  xəbər verir ki, elə bu məqsədlə də Çin alimləri hansı respiratorun daha qoruyucu olmasını araşdırıblar.

Aparılan araşdırma zamanı məlum oldu ki, “N95” respiratorları taxan tibb işçiləri virusa yoluxmayıblar. Bu maskalar diametri 0,0001 düym (0,3 mikron) olan kiçik zərrəciklərin 95 faizinin qarşısını alır və demək olar ki, 90% qoruma effektinə malikdir.

Bəzi məlumatlara görə, normalda 1 ədədinin qiyməti 2-3 dollar olan “N95” maskası 6-7 dəfə baha, 6 ədədi 100-130 dollara satılır.

Çin, Honq Konq və Sinqapurda əhali maska ala bilmək üçün apteklərin qarşısında növbəyə düzülür. Hətta ABŞ-ın San-Fransisko, Orlando kimi bəzi şəhərlərinin sakinləri yerli aptek və dükanlardan maskaların yoxa çıxdığını deyirlər. Çin icmalarının nümayəndələri kütləvi şəkildə maskaları alaraq öz vətənlərində yaşayan qohumlarına göndərirlər. Hətta bir çox çinlilər “WeChat” tətbiqetməsi vasitəsi ilə aldıqları tibbi ləvazimatları satır və ya mübadilə edir.

Çin hökuməti hər bir xəstəxananı təmin etmək üçün bu maskaların istehsal sürətləndirib.

Paylaş

 Xəbəriniz olsun