Bu klub Azərbaycan çempionatından uzaqlaşdırıldı

  • Space TV
  • 29 Yanvar 2020 13:07

“Ağsu” futbol klubu birinci diviziondan uzaqlaşdırılıb. 

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib.

Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan birinci divizionundan kənarlaşdırmağı qərara alıb.

Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Paylaş

 Xəbəriniz olsun