Bu kənddə su niyə yoxdur? -VİDEO

  • Space TV
  • 29 Avqust 2020 14:27

Şabran rayonunun Leyti kəndinin sakinləri bir neçə ildir ki, su sarıdan çətinliklə üzləşiblər. Space TV xəbər verir ki, kəndin cəmi bir yerində – bir bulaqdan su gəldiyindən hamı bura toplaşır. Bu kənddə hər ailədən bir nəfər bütün gününü su daşımağa sərf etməli olur. Bulaq başına su üçün gələn sakinlər burada saatlarla növbə gözləməli olurlar. Əldə olunan bir qab su isə onların heç bir təlabatını ödəmir. Sakinlər deyir ki, bulağın üstündə yalnız gündüzlər deyil, günün 24 saatı bu şəkildə növbə olur.

Onlar dəfələrlə adiyyatı qurumlara müraciət etsələr də illərdir ki, problem olduğu kimi qalır. Kənd sakinlərinin sözlərinə görə, əgər ərazidə artezian quyusu qazılarsa buradan su çıxa bilər.

Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirdilər ki, dövlət başçısının sərəncamı ilə hazırda bir neçə kənddə artezian quyularının qazılmasına başlanılıb. O ki, qaldı Leyti kəndinə, bu kənddə də ilin sonuna kimi artezian qusunun qazılması nəzərdə tutulub.

Qeyd edək ki, rayon mərkəzindən 15 km aralıda yerləşən Leyti kəndində 200-ə yaxın sakin yaşayır.

Emin Vaqifoğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun