Bu ilin son Günəş tutulması başlayıb

  • Space TV
  • 26 Dekabr 2019 11:01

Bu gün 2019-cu ilin son Günəş tutulması başlayıb.

SPACE TV xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayıb.

Günəşin tam tutulma saatı 07:37-də olub. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkündür.

Günəş tutulması saat 09:34-də maksimuma çatacaq. Tam tutulma saat 10:58-də bitəcək.

Proses saat 12:06-da yekunlaşacaq.

Paylaş

 Xəbəriniz olsun