Bu il təcili tibbi yardıma uşaq çağırışlarının sayında azalma olub

  • Space TV
  • 14 Yanvar 2021 12:07

Bu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 426 ümumi müraciət daxil olub.

Spacetv.az xəbər verir ki, bunu Stansiyanın baş həkimin müavini İradə Əliyeva deyib.

O qeyd edib ki, müraciətlərdən 77 mini hospitalizasiya edilib: “Uşaqlar üçün edilən çağırışların sayı 53 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9000-dən artıq olub.

İ.Əliyeva bildirib ki, keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var.

Paylaş

 Xəbəriniz olsun