Bu il heç bir sürücü “sarı zolağ”a düşməyib

  • SpaceTV
  • 29 İyul 2019 11:48

İyul ayının 21-dən 27-ə qədər “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı ilə bağlı çəkilən – “olimpiya zolağı” kimi bilinən sarı zolaqlara daxil olan sürücülərə heç bir protokol yazılmayıb.

SPACE.TV-nin məlumatına görə,bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

 “Müşahidə kameraları davamlı şəkildə nəqliyyatın hərəkətini çəkir. Ayın 21-27-nə qədər bir neçə fakt istisna olmaqla, heç bir sürücü məsuliyyətə cəlb olunmayacaq”

Paylaş

 Xəbəriniz olsun