Bu il havaların quraq keçməsi nəinki Kür çayının aşağı axınına, hətta yuxarı hissəsinə də ciddi təsir göstərib

  • Space TV
  • 19 İyun 2020 14:23

Builki quraqlıq səbəbindən Kürün Hacıqabul rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Yaşlıların dediyinə görə, son 40-50 ildə cayda suyun bu həddə aşağı düşməsi heç vaxt müşahidə olunmayıb. Bu da istər-istəməz Kurətrafı quraşdırılımış su nasoslarının tam gücü ilə işləməsinə ciddi təsir göstərir. Halbuki ilin bu vaxtında əkin sahələrinin suvarılmasında suya olan təlabat ikiqat artıb. Rayonun 20893 hektar əkin sahəsinin suvarılmasına Kür çayı üzərində 10 ədəd su nasos stansiyası quraşdırılıb ki, bunun da 6-sı üzən su nasos stansiyasıdır. Su nasoslarının məhsuldarlığı isə qismən də olsa aşağı düşüb.

Su nasoslarında məhsuldarlığın aşağı düşməsi pambıq tarlalarının suvarılmasına da öz təsirini göstərir.

Suvarmada problemlər yaşanmasın deyə, qrafiklə uyğun növbəli şəkildə təsərrüfat sahiblərinə  su verilir. Bununla yanaşı su itkilərinin qarşısını almaqdan ötrü  torpaq kanalları beton-üzlüklü kanallarla əvəz olunur. Hazırda 3,5 kilometr uzunluğunda beton kanalın çəkilişi aparılır. Bunun da….

Mütəxəssislər hesab edirlər ki, Kürdə suyun azalıb çoxalmasına baxmayaraq üzən su nasosları ilə əkin sahələrini istənilən halda su ilə təmin etmək mümkündür. Bunun üçün Kürqırağı ərazilərdə dayanıqlı su nasosları üzən su nasosları ilə əvəz olunarsa, gələcəkdə elə bir ciddi problem yaşanmaz.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun