Bu il Azərbaycanda 82 min 783 körpə doğulub – RƏSMİ

  • SpaceTV
  • 16 Oktyabr 2020 15:13

Cari ilin yanvar-avqust ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 82 min 783 körpə doğumu qeydə alınıb.

Bu barədə Spacetv.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Qeydə alınan nəticələrə əsasən, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,4 nəfər tәşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 2252-si әkiz, 75-i üçәm, 4-ü isә dördәm doğulanlardır.

Ölkәdә bu ilin ilk 8 ayında 42 min 475 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.

Paylaş

 Xəbəriniz olsun