Bu il Azərbaycan qızıl ixracını 13%-dən çox artırıb

  • Space TV
  • 31 Avqust 2020 13:53

Bu ilin iyul ayında Azərbaycan xarici ölkələrə 10,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

Spacetv.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda deyilir.

Bu, 2019-cu ilin iyul ayının göstəricisi ilə müqayisədə 4 mln. dollar və ya 27,2% azdır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 96,5 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 11,5 mln. dollar və ya 13,5% çoxdur.

Paylaş

 Xəbəriniz olsun