Bu il ABŞ Azərbaycana idxalda önə keçib

  • SpaceTV
  • 21 Oktyabr 2020 11:40

Amerika Birləşmiş Ştatları Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələr reytinqində önə keçib.

Spacetv.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il ticarət dövriyyəsində əsas ölkələr siyahısında 9-cu yerdə olan ölkə bu il ticarət dövriyyəsi siyahısında 7-ci yerdədir.

Belə ki, ötən il ABŞ-la Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 670,2 milyon dollar olsa da, bu il ticarət dövriyyəsinin dəyəri 538,2 ABŞ dolları təşkil edib.

İxracda ABŞ əsas ölkələr sırasında ilk 15 ölkə siyahısına düşməsə də, Azərbaycana məhsul idxalında Almaniyanı qabaqlayaraq, dördüncü ölkə olub.

Bu ilin ilk doqquz ayında Azərbaycandan ölkəyə 12,3 milyon dollar həcmində ixrac, ölkədən Azərbaycana 525,9 milyon dollar dəyərində məhsul idxal edilib.

Paylaş

 Xəbəriniz olsun