Bu il 11-ci sinif buraxılış imtahanlarında dəyişiklik edilib.

  • SpaceTV
  • 30 May 2020 14:35

11-ci sinif üzrə keçiriləcək buraxılış imtahanlarının fənlər üzrə tapşırıqlarının strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin rəsmisi Xanlar Xanlarzadə bildirdi.

Fənlər üzrə tapşırıqların sayında isə hər hansı bir dəyişiklik edilməyib. Ötən il olduğu kimi tədris dili fənnindən 30, riyaziyyatdan 25, xarici dil fənnindən 30 olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunacaq.

9-cu sinif buraxılış imtahanları isə birmərhələli olacaq. Burada tədris dili fənindən 30, xarici dildən 30, riyaziyyatdan 30 olmaqla ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim olunacaq. 

Həmçinin tədrisi Azərbaycan dilindən fərqli dillərdə olan məktəblərin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili imtahanı da keçiriləcək ki, burada şagirdlərə 30 qapalı tapşırıq təqdim olunacaq.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun