Bu həftəsonu evdən çıxmaq qadağası olacaq? – RƏSMİ AÇIQLAMA

  • Space TV
  • 25 İyun 2020 12:30

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

SPACE TV  xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür. Lakin öncəki həftələrdə şənbə və bazar günləri sərt karantin rejimi tətbiq edilirdi.

Hazırda bir çox vətəndaşı bu həftəsonu da sərt karantinin tətbiq edilib-edilməyəcəyi, marketlərin bağlanıb-bağlanmayacağı maraqlandırır.

“Qazet.az” saytının suallarını cavablandıran Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bildirib ki, bu həftəsonu sərt karantin rejimi tətbiq edilməyəcək:

“Bu iki həftə ciddi karantin rejimidir. Həftəsonu marketlərin bağlanması gözlənilmir. Onsuz da bu həftə və gələn həftə karantindir, SMS-lə çıxmadır. Bundan başqa heçnə gözlənilmir”, – deyə Leyla Abdullayeva qeyd edib.

Paylaş

 Xəbəriniz olsun