Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

  • SpaceTV
  • 12 Avqust 2020 11:03

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən Spacetv.az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Paylaş

 Xəbəriniz olsun