Bu gündən etibarən polis əməkdaşları şəhərdə tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirir

  • SpaceTV
  • 9 May 2020 16:22

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq olunur.

Artıq bir neçə gündür ki paytaxtda maska taxanlara az hallarda rast gəlinir.Vurgulayaq ki, xüsusilə insanların sıx olduğu yerlərdə maska taxmaq vacibdir.Təəssüf ki şəhərdə gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. Sosial məsafə qorunmur,tibbi maska taxanlar isə az az rast gəlinir.

Bu gündən etibarən polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirir.

Tibbi maska taxmayan sərnişinlərin nəqliyyat vasitəsindən istifadəsinə yol verilmir. Reyd zamanı polis əməkdaşları ictimai nəqliyyatda maska taxmayan sərnişinlərə xəbərdarlıq edərək avtobusdan endirirlər.Həmçinin insanlardan sosial məsafəni qorumaq tələb olunur.

Maska taxmayan insanlar isə müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırırlar.Kimisi apteklərdə maskanın olmadığını, kimisi də “koronavirus mövcud deyil” tipli  absurd arqument səsləndirirdi.

Polis əməkdaşları bəhanə edənləri tibbi maska ilə təmin etdi.

İlk olaraq izoliyasiya qaydalarına özümüzdən başlamalıyıq. Əks halda  ətrafımızdakıları təhlükəyə ata bilərik. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirərək karantin qaydalarına əməl etsək qısa zamanda  virusa qalib gələ bilərik.Əks halda virusun 2-ci dalğası daha təhlükəli ola bilər.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun