Bu gündən etibarən ölkəmizin pambıqçılıq rayonlarında, o cümlədən Biləsuvarda da kütləvi çiyid səpininə start verilib.

  • SpaceTV
  • 16 Aprel 2020 14:27

Bu il Biləsuvar rayonunda 10 600 hektar sahədə “ağ qızıl” əkilməsi nəzərdə tutulub. Bu da ötən ildəkindən 300 hektar çoxdur.  Bununla bağlı 1644 torpaq mülkiyyətçisi səhmdar cəmiyyətlərlə müqavilə bağlayıb. Səpindən əvvəl sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazırlıq vəziyyətə gətirilib. Ötən il pambıqçılıqdan yaxşı gəlir edən fermer Nurəddin Rzayev həvəslənərək bu mövsümdə əkin sahəsini bir qədər də artırıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov da rayonun Ağalıkənd kəndində fermer Nurəddin Rzayevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Çiyid səpininin gedişini izləyib.

Aqrar sahyə ölkə başçısının daim diqqət və qyğı göstərdiyini deyən nazir dövlət başçısının aprelin 14-də imzaladığı “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamın fermerlərə əlavə dəstək olduğunu bildirdi. Vurğuladı ki, xusisilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə  banklar tərəfindən kredit müqabilində  əksər hallarda onlardan daşınmaz əmlak girovu, xüsusi ilə Bakıda mənzil girovu tələb olunur. Fermerlər də bu tələblərə əksər hallarda cavab verə bilmir.

Qeyd edək ki, ötən il Biləsuvar rayonunda 30 min tona yaxın “ağ qızıl” istehsal olunub. Pambıqçı fermerlərin builki hədəfi isə hər hektardan 30 sentnerdən çox məhsul istehsal etməkdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun