Bu gün Yasamalda su olmayacaq

  • SpaceTV
  • 15 Avqust 2019 11:00

Space.TV-yə “Azərsu” ASC-dən bildirilib ki, bu gün  Bakı şəhəri Yasamal rayonun bəzi ərazilərində su olmayacaq.

Belə ki, yeni tikilmiş magistral su kəmərində birləşmələrin verilməsi ilə əlaqədar olaraq, Yasamal rayonu  Şəfaət Mehdiyev küçəsi və  Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məlumata görə, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

Paylaş

 Xəbəriniz olsun