Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir

  • SpaceTV
  • 4 Dekabr 2020 13:42

“Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir, onların ruhlarına dualar oxunur”.

Spacetv.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib.

“Bunun üçün Türkiyə rərhbərliyinə və Türkiyə diyanət işləri başqanı Ali Erbaşa minnətdarlığımı bildirirəm. Bizim iranlı qardaşlarımız da şəhdilərimiz üçün dualar oxuyurlar. Onlara da təşəkkürümü bildirirəm”, – deyə Allahşükür Paşazadə əlavə edib.

Paylaş

 Xəbəriniz olsun