Bu gün SMS icazə sistemi ləğv olundu – RƏSMİ

  • SpaceTV
  • 5 Avqust 2020 09:38

2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

space tv xəbər verir ki, bu barədə ötən gün Operativ Qərargah qərar çıxarıb

Verilən qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə də icazə verilib.

Paylaş

 Xəbəriniz olsun