Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

  • SpaceTV
  • 23 Sentyabr 2019 11:19

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

“Space” məlumat verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danşıqlar aparılıb.  Danşıqlar zamanı hazırkı münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Paylaş

 Xəbəriniz olsun