Bu gün Nizami rayonunun bir hissəsində su olmayacaq

  • Space TV
  • 18 Fevral 2021 11:16

Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Paylaş

 Xəbəriniz olsun