Avqustun 15-də Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.
Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb – 2:2. Oyunun 43-cü dəqiqəsində Stiven Monroz hesab arasındakı fərqi azaldıb. Oyunun sonlarında (90+7) isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.
Cavab qarşılaşmasının baş hakimi Daniele Doveri olacaq.
Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.