Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

  • SpaceTV
  • 2 İyun 2020 11:02

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-də mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir.

SPACE TV xəbər verir ki, Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşdırılıb. Bununla da, respublikada mülki aviasiyanın təşəkkülünün əsası qoyulub.

Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Administrasiya mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hazırda Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Əhməd oğlu Məmmədovdur.

Paylaş

 Xəbəriniz olsun