Bu gün milli qəhrəman Mübariz İbrahimovun öz qanı ilə yazdığı qəhrəmanlıq dastanının 10 ili tamam olur – VİDEO

  • Space TV
  • 19 İyun 2020 15:10

Torpaq, uğrunda ölən varsa vətəndir. Nədir vətən ? Doğma diyar, ana yurd. Babaların, dədələrin, uluların mirası. Yüz illər, min illər boyu öz övladlarının qanı ilə yoğrulan toprpaqdır vətən. Əsrlər boyu  ata-babalarımız vətən uğrunda döyüşub onu qoruyublar. Qanlarını, canlarını bu torpaqdan əsirgəməyiblər. Bu mübarizə hələ də davam edir.  Mübarizlərimiz ululardan bizə miras qalmış bu yurd üçün hələ də qan axıdır, can verirlər. Bu gün o mübarizlərimizdən birinin Mübariz İbrahimovun şəhid olmasından 10 il ötür.

Öz təbirincə desək, vətənin dar günündə ürəyi dözməyən Mübariz Allaha xatir bunu etməliydi və etdi də.

Mübariz İbrahimov həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü şəkildə yenidən ordu sıralarına qayıdır. Ehtiyyat hərbi hissələrdən birində xidmət edən Mübariz ərizə yazaraq yerinin ön xətdə yerləşən bölmələrin birinə dəyişdirilməsini xahiş edir. İstəyinə nail olan gənc gizir təxminən bir il burda xidmətdə olub. Onun ön xəttə gəlməyi də təsadüfi deyildi. Gizir İbrahimovu bura gətirən Vətən sevgisiydi. Və elə bu sevgi də onu daha irəli, işğal altında olan torpaqlarımıza apardı.

Bu gün Mübarizin yazdığı tarixin 10-cu ili tamam olur. Yüz illər keçsə belə  unudulmayacaq bu tarixin yazarına bu gün də ziyarətçiləri baş çəkir.

22 yaşında  bir dastan yazdı Mübariz. Təkçə ölkəmizdə yox, başqa diyarlarda da dillərdə gəzən bir dastan.

Dillərə dastan olan bu qəhrəmanlıq salnaməsi həm də filmlərə mövzü oldu.

Bəli, Mübariz İbrahimov bax o Mübarizdir. Düz 10 il bundan qabaq öz qanı ilə tarix yazan Mübariz Azərbaycanın bu gününə, gələcəyinə bir mübarizlik simvoluna çevrildi.

Paylaş

 Xəbəriniz olsun