Bu gün milli komandamızın rəqibləri bilinəcək

  • Space TV
  • 2 Sentyabr 2020 12:08

Bu gün futzal üzrə millimizin AVRO-2022-nin seçmə qrup mərhələsində rəqibləri bilinəcək.

Spacetv.az xəbər verir ki, bunun üçün Bakı vaxtı ilə saat 15:15-də püşk atılacaq.

Püşkatmada Azərbaycan millisi A səbətində yer alacaq. Püşk zamanı komandalar hər birində dörd komanda olmaqla səkkiz qrupa bölünəcək. Yekunda səkkiz qrup qalibi və ən yaxşı göstəriciyə malik altı komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək.

A səbəti: İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya

B səbəti: Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya

C səbəti: Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya

D səbəti: Norveç

E səbəti: Türkiyə/Yunanıstan, San Marino/Danimarka, İsrail/Kipr, İsveçrə/Almaniya, İngiltərə/Şimali Makedoniya, Bolqarıstan/Ermənistan, Monteneqro/Litva

Millimiz seçmə mərhələyə bu ilin 6-9 dekabrında start verəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 9 yanvar – 6 fevral 2022-ci ildə Niderlandda keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun